Xəsarət alan şəxsi tabuta qoyub yük maşını ilə xəstəxanaya apardılar - VİDEO
Antalyanın Gündoğmuş səmtində avtomobilin vurduğu yaralı ətrafdakılar tərəfindən tabuta qoyularaq pikapla xəstəxanaya aparılıb.
Demedia.az xəbər verir ki, həmin anlar ətrafdakı insanların mobil telefon kameralarına əks olunub.
Hadisə mayın 24-də Özgür rayonunda baş verib. Hələlik şəxsiyyəti məlum olmayan şəxs avtomobilin vurması nəticəsində xəsarət alıb.
Hadisəni görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərdarlıq üzərinə ünvana polis qrupu göndərilərkən ətrafdakılar yaralılara ilkin tibbi yardım göstəriblər. Təcili yardım gecikəndə bölgədəkilər yaralını maşınla xəstəxanaya çatdırmaq qərarına gəliblər.
Mənbəyi hələ məlum olmayan üstü açıq tabuta qoyulan yaralının yük maşınının arxasına yüklənərək rayonda xəstəxanaya aparıldığı həmin anlar ətrafdakıların mobil telefon kameralarına əks olunub.
Aysun / Demedia.az