Bütün kənd torpaq altında qaldı! - Hər kəs bundan danışır



 20:02 27.05.2024     715

Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində ən azı 2000 nəfər palçıq altında qalıb.

Demedia.az xəbər verir ki, səlahiyyətlilər həm ölənlərin, həm də yerin altında basdırılanların sayının artacağını bildirir.

Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 2000-i keçib. Rəsmilərin sözlərinə görə, sürüşmə nəticəsində yüzlərlə ev torpaq altında qalıb. Beynəlxalq Miqrasiya Təşkilatı bazar günü verdiyi açıqlamada dünənki torpaq sürüşməsində ölənlərin sayını 670 olaraq açıqlayıb.

Papua Yeni Qvineyada fövqəladə hallar xilasediciləri digər ərazilərə təxliyə edib. Bölgədən gələn xəbərlərə görə, ölkənin dağlıq bölgələrində baş verən tayfa müharibələri xilasetmə işlərini təhlükə altına qoyur. BMT-nin Miqrasiya Agentliyinin Papua Yeni Qvineya missiyasının rəhbəri Serhan Aktoprak 6-8 metr dərinlikdə torpaq və dağıntılar altında qalanların tapılmasına ümidin olmadığını bildirib.

Aysun / Demedia.az