Möcüzəvi göl: Mənbəyi hələ də tapılmayıb...
Türkiyədə Kahramanmaraşda suyun dərinliyi və mənbəyi təyin olunmayan əsrarəngiz təbiət möcüzəsi 'Yeşilgöz' vətəndaşların diqqətini çəkməyə davam edir.
Demedia.az xəbər verir ki, dalğıcların 250 metr aşağı düşdüyü suyun mənbəyi hələ də tapılmayıb.
Yeşilgöz Təbiət Parkı, Kahramanmaraş şəhər mərkəzinə 60 kilometr məsafədə, Tekir rayonunda yerləşir. İlin dörd fəslində qonaqlarını qarşılayan təbiət möcüzəsi yaşıl və mavi ilə rəng çaşqınlığının yaşandığı məkanlardan biridir. Bölgədə baxım və təmir işləri Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilib. Xüsusilə həftə sonları zəlzələ qurbanlarının diqqətini çəkən əraziyə həftədə orta hesabla 500 nəfər piknik etmək, təmiz havanı udmaq üçün gəlir. Soyuq suyu və təmiz havası ilə stress atmaq istəyən zəlzələ qurbanlarının diqqətini çəkməyə davam edən Yeşilgöz İstirahət Bölgəsi ətraf əyalətlərdən də qonaqları qəbul edir. Daha əvvəl dalğıcların girib 250 metr dərinliyə endiyi sudan uzağa getmək mümkün olmayıb.
Fevralın 6-dan əvvəl yaşıl və firuzəyi rənglərə bənzəyən aydın görünüşü olan bulaq suyu zəlzələdən sonra palçıqlaşıb, daha sonra normal axınına davam edib.
Aysun / Demedia.az