Qeyri-adi hadisə: Köməyə gələnlərdən görün nə istədi



 21:03 27.05.2024     751

Antalyanın Qazipaşa rayonunda spirtli komaya düşən şəxs müvazinətini itirərək yıxılaraq başı səkiyə dəyib və yaralanıb.

Demedia.az xəbər verir ki, başı qanayan və ayağa qalxa bilməyən yaralı ətrafdakılardan və polisdən siqaret istəyib.

Hadisə İstiklal rayonu, Rasih Kaplan küçəsində baş verib. Əldə edilən məlumata görə, həddindən artıq spirtli içki qəbul etdiyi üçün ayaq üstə dayana bilməyən Fatih T. yolda gedərkən müvazinətini itirərək yıxılıb. O, yıxılaraq başını beton döşəməyə çırparaq xəsarət alıb.

Sərxoş vəziyyətdə və yaralının yerdə uzandığını görən ətrafdakı vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Anlaşılmaz vəziyyətdə hadisə yerinə gələn tibb və polis qruplarına nə isə izah etməyə çalışan Fatih T. polisdən və ətrafındakı vətəndaşlardan siqaret istəyib. Həkim qrupları tərəfindən ilkin tibbi yardım göstərilən Fatih T.-nin həddindən artıq spirtli içki qəbul edərək spirtli komaya düşdüyü müəyyən edilib. Təcili yardım maşını ilə Qazipaşa Dövlət Xəstəxanasına aparılan Fatih T. yıxılarkən əlində olan çantalar polis əməkdaşları tərəfindən toplanaraq təcili yardım əməkdaşlarına təhvil verilib.

Aysun / Demedia.az