345 gündən sonra dəfn edildi... - VİDEO



 23:48 27.05.2024     693

Balıkəsirdə Gönen mahalının Armutlu rayonunda iti Tina ilə gəzintiyə çıxdıqdan sonra yoxa çıxan və 312 gün sonra sümük parçaları tapılan iqtisadçı ekspert Korhan Berzeq yoxa çıxdıqdan 345 gün sonra son səfərinə yola salınıb.

Demedia.az xəbər verir ki, 17 iyun 2023-cü il tarixində saat 08.30-da Gönen'in Armutlu səmtindəki bağ evindən iti Tina ilə gəzintiyə çıxan iqtisadçı Korhan Berzeq bir daha geri qayıtmadı. Günlərlə davam edən ətraflı axtarışlar nəticəsində Berzeqdən əsər-əlamət tapılmayıb. Korhan Berzeqin yoxa çıxmasından düz 312 gün sonra Gelgeç məhəlləsinin muxtarı Əhməd Gülay məhəlləyə gələn içməli su ilə bağlı dərə yatağında müşahidə apararkən bəzi tapıntılar və sümük parçaları tapıb.

İstanbul Ədli Tibb Qurumunda sümük parçaları ilə bağlı araşdırmalar bir müddət əvvəl tamamlanarkən, bütün sümük parçalarının Korhan Berzeqə aid olduğu açıqlanıb. Tapılan sümük parçaları jandarma tərəfindən Korhan Berzeqin ailəsinə çatdırılıb. Korhan Berzeq itkin düşməsinin 345-ci günündə günorta namazından sonra qılınan cənazə namazı ilə bu gün son səfərinə yola salınıb.

Aysun / Demedia.az