"Fənərbağça"da müqaviləsi başa çatan Coşua Kinq komanda ilə vidalaşıb



 12:28 28.05.2024     211

Trendyol Super Liqasını "Qalatasaray"dan sonra ikinci pillədə başa vuran "Fənərbaxça"da gözlənilən ayrılıq yaşanıb.

Demedia.az xəbər verir ki, müqaviləsi başa çatacaq Coşua Kinq sarı-göylü azarkeşlərlə vidalaşıb. Kinq açıqlamasında "Zədələrə görə istədiyimi edə bilmədim, sizdən üzr istəyirəm. Mən bir Fənərbaxça azarkeşi olaraq buradan ayrılıram! Ümid edirəm ki, növbəti mövsümdə çempion olarsınız, çünki həqiqətən ürəyimdə hiss edirəm. Siz azarkeşlər buna hər kəsdən daha çox layiqsiniz, bu bir vida deyil, çünki sizə dəstək olmaq üçün geri qayıdacağam." dedi.
2022-ci ilin yayında "Fənərbaxça"ya transfer olunan Kinq sarı-göylü formada 2 mövsümdə 54 matça çıxıb. Norveçli futbolçu bu matçlarda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.