İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyası



 13:00 28.05.2024     204

İsrailin Rəfahda fələstinlilərin yaşadığı çadır şəhərciyinə hücumuna etiraz etmək istəyən minlərlə vətəndaş İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısında bir araya gəlib.

Demedia.az xəbər verir ki, izdiham “Qatil İsrail, Fələstindən çıx” şüarları səsləndirərək fələstinlilər üçün dua etdikdən sonra bölgədən dağılıb.
  İsrailin Rəfah şəhərinə hücumundan sonra Barbaros Hayrettin Paşa məscidi qarşısına toplaşan minlərlə vətəndaş İsrail Baş Konsulluğu binasına doğru addımlayıb. Əllərində Fələstin və Türkiyə bayraqları ilə konsulluğun qarşısına toplaşan kütlə “Qatil İsrail, Fələstindən çıx” şüarları səsləndirib.
Bəzi nümayişçilərin polisin qurduğu təhlükəsizlik səddini aşmağa çalışması səbəbindən dava düşüb. Yenə vətəndaşlar araya girərək davaya son qoyub. Vətəndaşlar Fələstin üçün duanın ardından dağıldı.
İsrail döyüş təyyarələri Rəfahın şimal-qərbində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin anbarlarının yerləşdiyi bölgənin yaxınlığında yaşayan məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və hücumda 40 fələstinli həyatını itirib.