İkardinin gecəyə damğasını vuran "Don't Cry Lantern" ifası
RAMS Parkda keçirilən mərasimdə "Qalatasaray" həm Super Liqa, həm də Super Kubok çempionatlarında qazandığı kubokları başı üzərinə qaldırıb.
Demedia.az xəbər verir ki, Argentinalı ulduz Mauro İkardi meydanda olduğu kimi 50 minə yaxın azarkeşin qatıldığı mərasimdə də iz buraxıb.
Azarkeşin sevimlisi İkardi mərasim sahəsinə daxil olan kimi adından söz etdirməyi bacarıb. Təcrübəli hücumçu kuboku qaldıracağı platformaya doğru irəliləyərkən "Fənərbağça"nın futbolçusu Edin Dzekoya çox danışılan bir istinad etdi. Kubok mərasimindən sonra Mauro İkardi stadionda olan təxminən 50 min azarkeşə unudulmaz anlar yaşatdı. 31 yaşlı futbolçu “Fənər, ağlama” sözləri ilə tribunaları coşduraraq, şənliklərdə də iştirak edib.