Futbol meydançasına ildırım düşüb: 4 nəfər ölüb, 5 nəfər yaralanıb



 14:00 28.05.2024     186

Konqo Demokratik Respublikasının Cənubi-Kivu əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Demedia.az xəbər verir ki, Kalehe rayonunda “Fudre de Maibano” ilə “Karasi” komandası arasında keçirilən futbol matçı zamanı meydançaya ildırım düşüb. İldırım vurması nəticəsində biri 3 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanalarına yerləşdirilib, 2024-cü il martın 5-də eyni bölgədə ildırım vurması nəticəsində iki nəfər ölüb. Tropik iqlimə malik ölkədə təbii fəlakətlər xüsusilə yağışlı mövsümdə tez-tez baş verir.