Co Uorralın Beşiktaşdakı dövrü rəsmən başa çatıb



 15:25 28.05.2024     195

Ara transfer dövründə Super Liqa nəhəngi "Beşiktaş"a "Nottingem Forest"dən icarəyə verilən Co Uorral "ağ-qaralar"la vidalaşıb.

Demedia.az xəbər verir ki, Beşiktaşla vida postunu paylaşan Co Worrall, "Beşiktaş, təşəkkür edirəm, burada gözəl xatirələr yaşadım" deyib. Joe Worrall bu mövsüm "Beşiktaş"ın heyətində 18 matçda forma geyinib. 27 yaşlı müdafiəçi bu matçlarda 1 dəfə qol sevinci yaşayıb.