“Fənərbaxça”nın kapitanları rəhbərliklə “razborka” etdi: İsmail Kartal oradadırsa, biz..



 17:05 28.05.2024     231

Superliqaya böyük ümidlərlə başlayan və 99 xal toplayan, bu mövsümü 2-ci pillədə başa vuran və mövsümü kubok qazanmadan başa vuran “Fənərbaxça”da əhval-ruhiyyə kifayət qədər aşağıdır.

Demedia.az xəbər verir ki,qaçırılan çempionatda azarkeşlərdən böyük reaksiya alan komandanın baş məşqçisi İsmayıl Kartalla futbolçular arasında da böhran yaşanır. Komandanın kapitanları Edin Dzeko və Duşan Tadiçin "İsmail Kartal varsa, biz də çöldəyik" deyərək sarı-göylü rəhbərliklə hesablaşma apardıqları iddia edilib. Kartalın davam edəcəyi təqdirdə Fənərbaxçanın ulduzlarının komandadan ayrılmağı düşündüyünə dair iddialar var.