Küçələrdən yığıb daşıyırlar! - Pərpətöyünün bilmədiyiniz inanılmaz faydası - Video



 09:31 29.05.2024     522

Pərpətöyünün 43 qramında orqanizmin gündəlik vitamin ehtiyacının 1/5-i var. Mülayim iqlimlərdə geniş yayılmış bitki Asiya mənşəlidir.

Çin təbabətində tez-tez adı çəkilən pərpətöyünün faydalarını saymaqla bitməz. Sarı və qırmızı olmaqla 2 növə ayrılan bitki Omeqa-3 yağ turşuları ilə zəngindir. A, E, C, B vitaminlərindən əlavə, maqnezium, kalsium, kalium və dəmir qaynağıdır. Pərpətöyün necə becərilir? Becərilməsi asandır. Yaşıl vaxtında yığılmasa, bitki çiçəkləyir. Çiçəkləri toplamaq bitkinin özünü yığmaqdan daha çətindir. Çiçəklərə dəyilməsə, toxumlar quruyur və torpağa səpilirlər. Növbəti mövsümdə bu toxumların cücərməsi üçün məhsuldar torpaq, yetərli gün işığı lazımdır. Antioksidantlar sayəsində pərpətöyün hüceyrə miqyasındakı zədələnmələrin qarşısını alır. Təzə-təzə yeyilən bitki orqanizmə A, B1, B2, B6, C, E vitaminləri, kalsium, kalium, dəmir, maqnezium, natrium, manqan kimi minerallar ötürür. Omeqa-3 yağ turşuları isə bitkinin orqanizmə hədiyyəsidir. Pərpərəndə xolesterol, doymuş yağ və şəkər yoxdur. Faydalı maddələrlə zəngin pərpərəni uşaqlara yedirtmək vacibdir. Bitki onların fiziki və zehni inkişafını dəstəkləyir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az