Məşhur  aktyor: Tramp kloundur



 15:14 29.05.2024     268

Məşhur aktyor Robert De Niro ABŞ-nin keçmiş prezidenti Donald Trampı "kloun" adlandırıb.

Demedia.az xəbər verir ki,  o bunu Nyu-Yorkda ABŞ prezidenti Co Baydenin seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə deyib.

"Biz bu kimi klounların yalnız amansız diktator olduqdan sonra ciddi qəbul edildiyini göstərən tarixin dərslərini unutmuşuq”, - deyə o qeyd edib.

Bahadur Seyidov