Yaponiya orbitə “taxta peyk” buraxacaq
Yaponiyada kosmosun çirklənməsinə qarşı istehsal edilən “taxta peyk” sentyabrda orbitə buraxılacaq.
Demedia.az xəbər verir ki, Yaponiyada uzun illər ağac və ağac məhsulları üzərində çalışan bir şirkət və Kyoto Universiteti "dünyanın ilk taxta peyki" istehsal layihəsinin tamamlandığını açıqlayıb.
Peykin sentyabr ayında kosmosa buraxılacağını açıqlanıb.
Açıqlamaya görə, kənarlarına günəş panelləri quraşdırılmış peykin çəkisi təxminən 1 kiloqram olub. Qalınlığı 4 ilə 5,5 millimetr arasında olan maqnoliya ağac panelləri ilə əhatə olunub.
Qeyd edək ki, Dünya İqtisadi Forumuna (WEF) əsaslanan məlumatlara görə, dünya üzrə təxminən 6 min peykin 60 faizi artıq istifadə olunmur və atmosferdə kosmik zibil əmələ gətirir.
Bahadur Seyidov