Kuba Prezidenti İsrail ordusunun Rafah şəhərinə hücumunu qınayıb



 16:43 29.05.2024     300

Kuba Prezidenti Migel Diaz-Kanel İsrail ordusunun Rafah şəhərində məcburi köçkün olan fələstinlilərin düşərgəsinə hücumunu qətiyyətlə pisləyib.

Demedia.az xəbər verir ki, Canel sosial media platformasındakı paylaşımında İsrailin Rəfahdakı düşərgədə insanları diri-diri yandırdığını bildirib. Fələstinə qarşı davam edən qırğını dayandırmağa çağıran Canel, "Rəfahdə dağıdılan düşərgələr insanlığa qarşı böyük bir vəhşilikdir. Soyqırımın dayandırılması üçün daha nə qədər insan ölməli olacaq? Kuba İsraili qınayır Fələstinlə həmrəyliyə çağırırıq” deyə bildirib.

Bahadur Seyidov