Kolumbiya Prezidenti BMT-ni Qəzzaya sülhməramlılar göndərmək üçün hərəkətə keçməyə çağırıb



 17:15 29.05.2024     282

Kolumbiya Prezidenti Qustavo Petro Birləşmiş Millətlər Təşkilatını Qəzzaya sülhməramlılar göndərmək üçün hərəkətə keçməyə çağırıb.

Demedia.az xəbər verir ki, Petro, sosial media platformasındakı paylaşımında, "Qəzza zolağında BMT-nin sülhməramlı qüvvələrindən başqa alternativ yoxdur. Kolumbiya belə bir qüvvələrin bir hissəsi olacaq" deyə bildirib. İsrail ordusunun Rəfah şəhərində fələstinlilərin düşərgəsinə hücumundan sonra İsraili qınayan xəbəri şəxsi hesabında paylaşan Petro Fələstinə dəstəy ifadə edib.

Bahadur Seyidov