Şimali Koreya Cənubi Koreyaya içində zibil olduğu bildirilən 90-dan çox şar göndərib
Cənubi Koreya ordusu Şimali Koreyaya aid olduğu güman edilən naməlum obyektlərin sərhəd yaxınlığında aşkar edildiyini bildirib və insanları uzaq durmağa və bu barədə orduya və ya polisə məlumat verməyə çağırıb.
Demedia.az xəbər verir ki, Şimali Koreya Cənubi Koreyaya içində zibil olduğu bildirilən 90-dan çox şar göndərib. Bunlardan bəziləri yerə enib, bəziləri isə hələ də havada qalıb. Cənubi Koreya mediasında dərc olunan fotolarda plastik torbaya bağlanmış ağ şar, başqa bir fotoda isə ətrafına zibil bükülmüş şar əks olunub.
Bahadur Seyidov