Əlcəzair Rəfahdakı hücumlarını dayandırmağı tələb edən qətnamə layihəsi irəli sürüb
Əlcəzair İsraildən Rəfahdakı hücumlarını dərhal dayandırmağı tələb edən qətnamə layihəsini müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlərinə göndərib.
Demedia.az xəbər verir ki, qətnamə layihəsində bütün tərəflərin əməl edəcəyi atəşkəs tələb olunur. Qətnamə layihəsində İsraili Rəfahdakı hərbi hücumunu və digər fəaliyyətlərini təcili olaraq dayandırmağa çağırır. Bütün əsirlərin azad edilməsini tələb edən qətnamə layihəsində bu kontekstdə beynəlxalq hüquq normalarına riayət edilməsinin vacibliyinə diqqət çəkilir. Qətnamə layihəsində BMT Təhlükəsizlik Şurasının 2712, 2720 və 2728 saylı qətnamələrinə riayət olunması tələb olunur.
Bahadur Seyidov