Yaponiya səmasında sirli işıqların səbəbi nədir?
Yaponiya səmasında baş verən sirli işıq şousu görənləri heyrətə gətirib.
Demedia.az xəbər verir ki, qara buludlarla ziddiyyət təşkil edən bu şaquli işıq şüaları son dərəcə aydın idi və “yadplanetlilərin işğalı” filmindən bir şey kimi görünürdü.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Əlbəttə, M. Night Shyamalanın 2002-ci ildə çəkdiyi "İşarələr" filminə istinadlar dərhal oldu.
Sahil qəsəbəsində çəkilmiş fotoda doqquz sütun ağ işıq aydın görünür.
12 milyon dəfədən çox baxılan və qısa müddətdə minlərlə bəyənmə toplayan bu paylaşım sosial media platformalarında yayıldıqca internet müxtəlif nəzəriyyələrlə dolub. Başqa bir istifadəçi “Mən bunu Kotoura qəsəbəsindəki Nariishi çimərliyində də gördüm” deyə cavab verdi.
Bir çox fantastik nəzəriyyələrin yaranmasına səbəb olan bu təəccüblü görüntünün səbəbi Yaponiyada məlum olan təbiət hadisəsidir. Japan Today tərəfindən verilən məlumata görə, bu son dərəcə nadir atmosfer və optik fenomen "isaribi koçu" adlanır və gecə temperaturu aşağı düşəndə balıqçı qayıqlarında buz kristallarının əmələ gəlməsi ilə baş verir.
Bir az daha izah etmək üçün; Hava kifayət qədər böyük kristalların əmələ gəlməsi üçün əlverişli olduqda, lakin yağış yağmadıqda, qayıqlardan gələn işıq bu kristallardan əks olunur və geniş ərazidən görünməsi üçün parlayır.
İsabi koçu yadplanetlilərin hücumunun və ya kosmik hadisənin xəbərçisi olmasa da, çox diqqət çəkən bir hadisədir. 13 km şərqdə yerləşən Daisen və Kotoura qəsəbəsindən bu viral fotoşəkillər ənənəvi balıqçılıq üsulları və atmosfer şəraitinin heyrətamiz qarşılıqlı təsirini ortaya qoyur.
Aysun / Demedia.az