Bu səhvlərə görə dırnaqlarımız qırılır! - Video



 16:59 29.05.2024     439

Dırnaqlar insanın sağlamlığının göstəricisidir. Onların vəziyyəti dərinin və saçın vəziyyətilə yanaşı, ilkin mərhələdə bədəndəki daxili problemlər barədə çox şey deyə bilər.

Dırnaq səthinin dəyişməsi və deformasiyası bəzən həzm, endokrin və sinir sistemlərinin xəstəliklərinin mövcudluğundan xəbər verir. Bundan əlavə, dırnaqların qırılması və ya soyulması çox vaxt orqanizmdə vitamin və mineralların çatışmazlığına işarə edir. Odur ki, bu dəyişiklikləri vaxtında fərq etmək və bərpa işinə başlamaq lazımdır.Orta hesabla dırnaqlar həftədə 1-2 mm uzanır. Bu, baş vermirsə, deməli, bədəndə kalsium kifayət qədər deyil və ya zəifdir. Bir çox insan kalsiumun süd məhsullarında olduğunu zənn edir: kəsmik, pendir, süd. Ancaq süd məhsullarına qarşı dözümsüzlük varsa, mütəxəssislər kalsium çatışmazlığını qoz-fındıq, quru meyvələr və tərəvəzlərdən almağı məsləhət görürlər. Məsələn, badam və əncir bu makronutrientlə zəngin qidalar sırasındadır. Yeri gəlmişkən, ağ kələm və brokoli də dırnaqlar üçün faydalıdır.

 

 

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az