Uşağın qızdırması varsa, bunları mütləq edin! - Video



 17:03 29.05.2024     419

Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir.

Uşaqda temperatur olduqda necə hərəkət etmək lazımdır?

Hər şeydən əvvəl, narahat olmayın və temperaturu aşağı salmağa tələsməyin. Hərarətin yüksəlməsi orqanizmin təbii bir müdafiə reaksiyasıdır. Uşağın immun sistemi qoruyucu maddələrin aktiv sintezinə yalnız 38,5°C-dən yuxarı temperaturlarda başlayır.İlk növbədə uşağın ümumi vəziyyətini qiymətləndirməlisiniz. Bu, əlavə tədbirlər üçün məlumatlı bir qərar verməyinizə kömək edəcəkdir. İstilik dərəcəsindən və körpənin yaşından asılı olmayaraq, pediatr tərəfindən dərhal müayinə tələb edən simptomlar var:

  • 3 aydan kiçik bir körpə üçün 38.0°C,  3 aydan 3 yaşa qədər uşaqlarda 38.0°C-dən yuxarı, 3 yaşdan böyük uşaqlarda 38.5°C-dən yuxarı temperatur;                                                                                             

  • atipik davranış – yüksək səslə ağlamaq, yuxululuq, iniltilər

  • güclü baş ağrısı

  • qıcolmalar

  • şüurun qaralması

Pediatr-İnfeksionist Aytən Ziyadova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Aytən Ziyadova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az