Deniz Akkayadan yeni açıqlamalar: Xalam qızımı boğmağa çalışdı!



 23:48 29.05.2024     757

Keçmiş model Deniz Akkaya 16 yaşlı qızı A.Ö-nin ona hücum edərək eyvana kilidlədiyini deməsi gündəm olub.

Demedia.az xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyinin hərəkətə keçməsindən sonra qızı himayəyə götürülən Akkaya açıqlamalarına davam edib.

Keçmiş model atası Müzəffər Akkayanın qızına qəyyumluq etmək istədiyini, lakin buna icazə vermədiyini söyləyib və ailənin böyüklərinin qızına qarşı zorakılıq tətbiq etdiyini bildirib.

Deniz Akkaya ötən gün Twitter (X) hesabından verdiyi uzun açıqlama ilə gündəmə gəlib. Akkaya 16 yaşlı qızı A.Ö.-nin ondan gizlətdiyi telefonunu əlindən aldığını bildirib. O, qızının ona fiziki hücum etdiyini izah edib.

Əldə edilən məlumata görə; Hadisələrdən sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçərək qızı himayəyə götürüb. Məşhur model sosial şəbəkə hesabında qızının dövlət himayəsinə götürülməsi ilə bağlı yeni video paylaşaraq, "Bəli, mən onu öz razılığımla Uşaq Müdafiəsinə göndərmişəm. Sadəcə burnunu sürtmək üçün!" deyib.

Aysun / Demedia.az