Hər kəs tanısın! Marketdəki saxta mallar bunlardır - Video



 09:42 30.05.2024     432

Marketlərdə satılan qidaların hansı saxtadır? Bu sualı market sahibinə versək, yəqin ki səmimi bir cavab ala bilmərik. Sağlam olmaq üçün öncə nə yediyimizi bilməyik.

Marketlərdən nə aldığımıza, nə yediyimizə diqqət etməliyik. Saxta qidaları təbii qidadan ayırd edə bilməliyik. Bəli, bu gün məhz marketlərdə satılan saxta qidalardan danışacam. Lakin videoya keçməzdən əvvəl sizə sualım var. Marketlərdə hansısa saxta məhsulla heç qarışlaşmısızmı? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Bu videoya baxan hər kəs həmin qidaları tanısınlar. Saxta Zeytun yağları. Zeytun yağı günəş işığı ilə təmasda olmamalıdır. Bu zaman o keyfiyyətini itirir. Ona görə marketdən zeytun yağı alarkən tünd yaşıl, tünd qəhvəyi və ya qara rəngli şüşə qabda, yaxud dəmir qutuda olan yağlara üstünlük verin. Plastik qablarda satılan zeytun yağı qətiyyən almayın. Evdə zeytun yağının təbiiliyini yoxlamaq istəyirsinizsə, onu soyuducuya qoyun. Yağ bərkiyirsə, deməli əsl zeytun yağıdır. Lakin bir məsələni də mütləq vurğulamalıyam. Son vaxtlar bəzi işbazlar “zeytun yağı” adıyla satdıqların məhsulun donması üçün ona pambıq yağı əlavə edirlər. Bu mütləq diqqətinizdə olsun. Keyfiyyətinə etibar etdiyiniz mütləq firmaların zeytun yağını alın.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az