Putindən Ərdoğana jest – Kreditlərini sildi



 12:40 30.05.2024     268

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Qərb sanksiyaları səbəbindən ödəyə bilmədiyi vaxtı keçmiş kredit borcuna faiz tətbiq edilməyəcəyini nəzərdə tutan protokolun təsdiqi ilə bağlı qanunu imzalayıb.

Demedia.az Sputnik Türkiyə-yə isitnadən xəbər verir ki, Rusiya lideri Putinin imzaladığı sənədə görə, 2017-ci ildə Rusiyadan 726 milyon dollarlıq ixrac krediti alan və sanksiyalara görə bunun yalnız 111 milyon dollarını ödəyə bilməyən Türkiyə qalan borc üçün cəzadan azad ediləcək.

Rusiya maliyyə nazirinin müavini Aleksey Sazonov Türkiyənin 2022-ci ilə qədər öhdəliklərini tam yerinə yetirdiyini, lakin Qərbin sanksiyalarından sonra Ankaranın özündən asılı olmayan səbəblərə görə 2022 və 2023-cü illərdə 111 milyon dollarlıq ödənişi həyata keçirə bilmədiyini bildirib.

Rusiya və Türkiyə hökumətləri 2023-cü ilin avqustunda kredit sazişinin 2 saylı protokolunu imzalayıb və Ankaranın qüvvəyə mindiyi tarixdən etibarən 60 gün ərzində qalan borcunu ödəyəcək.

Türkiyə 2023-cü ilin sentyabrında bütün borcunu ödəsə də, Rusiyanın müqaviləyə uyğun olaraq 17 milyon dollar cərimə almaq hüququ var idi.

Lakin Rusiya tərəfi dostluq münasibətlərinə əsaslanan Türkiyəyə bir jest olaraq ötən həftə Rusiya parlamentinin aşağı palatası Dumada 17 milyon dollarlıq borcun silinməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Rusiya nümayəndəsi Vyaçeslav Nikonov cərimə məbləğinin ikitərəfli ticarət həcmi ilə müqayisə edilə bilməyəcək qədər az olduğunu vurğulayaraq, qərarın dostluq və iqtisadi əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.

Rusiyanın Ukraynada və Donbasda başlatdığı xüsusi hərbi əməliyyatdan sonra Qərb hərtərəfli sanksiya qərarları qəbul etdi, lakin Türkiyə Rusiya ilə dostluq münasibətlərinə görə sanksiyalara qatılmadı və Moskva ilə münasibətlərinin Rusiya ilə münasibətlərinə təsir etməməsi üçün sıx səy göstərdi.

Bahadur Seyidov