Yeni Dehli “yanır”



 14:28 30.05.2024     262

Hindistanın paytaxtı Yeni Dehlidə bütün zamanların temperatur rekordu qırılıb.

Demedia.az xəbər verir ki, burada hava istiliyinin mövsümi normalardan yuxarı olması səbəbindən "qırmızı xəbərdarlıq" verilib, termometrlər isə 49,9 dərəcəni göstərib.

Bundan əvvəl Yeni Dehlidə qeydə alınan ən yüksək temperatur 15-16 may 2022-ci il tarixlərində 49,2 dərəcə Selsi olub.

Yeni Dehli Təhsil Müdirliyinin açıqlamasında bölgədəki məktəblərdə mayın 11-dən iyunun 30-dək yay tətilinin elan edildiyi xatırladılıb.

Bahadur Seyidov