Uçuş zamanı soyunub təyyarə heyətinə hücum etdi



 14:08 30.05.2024     260

Avstraliyalı sərnişin təyyarənin qalxmasını dayandırmaq üçün soyunaraq kabin heyətinə hücum edib.

Demedia.az xəbər verir ki, hadisə Virgin Australia aviaşirkətinə məxsus VA696 reysi Melburna getmək üçün Perthdəki Perth hava limanından qalxan zaman baş verib.

Səyahət zamanı adı açıqlanmayan sərnişin koridorda çılpaq şəkildə qaçaraq stüardessanı vurub və təyyarənin dönməsini tələb edib.

Kokpit qapılarını yumruqla vuran sərnişin növbətçi təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilib.

Virgin Australia aviaşirkətindən verilən açıqlamada sərnişinin xaosa səbəb olması səbəbindən təyyarənin Perth hava limanına geri döndüyü bildirilib.

Bahadur Seyidov