Rəisinin həyat yoldaşı prezident olacaq?
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.
Demedia.az xəbər verir ki, Birinci vitse-prezident Muhammed Muhbir vəkalətnamə ilə prezidentlik kürsüsünə keçərkən, seçkinin iyunun 28-də keçiriləcəyi açıqlanıb.
İbrahim Rəisinin həyat yoldaşı Cemile Alemulhudanın iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı iddialar ailəsi tərəfindən təkzib edilib.
İran lideri Ayətullah Əli Xameneinin Məşhəd nümayəndəsi və liderin həyat yoldaşının atası Ayətullah Əhməd Alemulhudanın ofisindən verilən açıqlamada Cəmilə Ələmülhudanın prezidentliyə namizəd olması iddiasının qətiyyən doğru olmadığı bildirilib.
Bahadur Seyidov