Hindistanda sel baş verdi
Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.
Demedia.az xəbər verir ki, “İndia Today” saytının məlumatına görə, güclü və aramsız yağışlar Manipurda daşqınlara səbəb olub. Dövlət rəsmiləri 1 nəfərin su basması, 2 nəfərin isə daşqın nəticəsində baş verən sürüşmə nəticəsində öldüyünü bildirib.
İmfal Vadisində yüzlərlə evi su basdığını, minlərlə insanın təbii fəlakətdən zərər çəkdiyini bildirən səlahiyyətlilər, bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəyə başladığını açıqlayıb.
Bahadur Seyidov