Meksikada meymun ölümləri artıb
Meksikada həddindən artıq istilər səbəbindən “ulayan meymun” ölümləri ölkənin bir çox ştatlarına yayılıb.
Demedia.az xəbər verir ki, Meksikanın Ətraf Mühit Nazirliyi Cənubi və Mərkəzi Amerika qitəsinə mənsub olan ulayan meymunların ölümü ilə bağlı açıqlama verib. Açıqlamaya görə, ölkənin Çiapas və Tabasko əyalətlərində görülən ölüm halları Campeche və Veracruz əyalətlərində də müşahidə olunmağa başlayıb. Məlumata görə, meymunlar istidən ölüblər. Bildirilib ki, hazırda ölkədə hökm sürən quraqlıq, meymunların məskunlaşdığı rayonlarda su ehtiyatlarının olmaması da ölümlərdə səbəb olub.
Bahadur Seyidov