ABŞ-da Qəzzaya dəstək mesajı səsləndirən tibb bacısı işdən çıxarılıb



 16:12 30.05.2024     233

ABŞ-ın Nyu-York şəhərində tibb bacısı mükafat alarkən etdiyi çıxışda İsrailin Qəzzaya hücumlarını "soyqırım" kimi qələmə verdikdən sonra xəstəxana rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Demedia.az xəbər verir ki, Fələstin əsilli tibb bacısı Hesen Cabr Nyu Yorkdakı “NYU Langone” Tibb Mərkəzi tərəfindən "şəfqət mükafatına" layiq görülüb. Cabr mükafatlandırma mərasimindəki çıxışında “Ölkəmin qadınlarının Qəzzada törədilən soyqırımda ağlasığmaz itkilər verdiyini görmək məni ağrıdır” deyə bildirib. Tibb bacısı daha sonra sosial media hesabında mükafat çıxışından sonra xəstəxana rəhbərliyi tərəfindən çağırıldığını və işdən çıxarıldığını açıqlayıb.

Bahadur Seyidov