Həyat qurtaran bilgilər! - Mədədə köp niyə yaranır? - Video



 15:02 30.05.2024     415

Mədə ağrısı az qala hər kəsin başına gələn narahatlıqdır. Bununla bərabər qarın bölgəsində mədədən başqa da orqan daha var. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər.

Ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur. Mədə ağrılarının səbəblərini bu cür sıralanıb: Qastroözofaqeal refleks xəstəliyi mənşəli mədə ağrısı: Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır. Laktoza həssaslığı: Laktoza süd və süd məhsullarında olan bir şəkər növüdür. Narahatlıq bu şəkərin həzm olunmaması ilə ortaya çıxır. Dünyada milyonlarla insanda görülən xəstəlikdir. Hətta süd və süd məhsullarının tərkibində olan şəkər laktozanı həzm edə bilənlərin sayı, həzm edə bilməyənlərin sayından azdır. Xəstələrdə süd və süd məhsulları istehlakı sonrası qarın ağrısı, qaz, mədə pozğunluğu, gəyirmə və ishal görülə bilər. Süd və süd məhsullarının istehlakından uzaq dayanmaq bu xəstələr üçün problemi azaldan həll yoludur. Stress: Stress yuxusuzluq, baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəbi ola bilər. Çəki və iştaha itkisi, əsəbi bağırsaq sindromu stressdən yaranan qarın ağrılarının digər nəticəsidir. Diqqət edilməsi vacib olan bir məqam, bu problemlərin ikili istiqamətli olmasıdır. Yəni, stress qarın ağrılarına səbəb olduğu kimi, qarın ağrıları da stressə və depressiyaların səbəbi ola bilər.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.