Təcili tibbi yardım avtomobilinə görün necə yol verdilər - VİDEO



 23:09 30.05.2024     837

Adanada tıxaclı nəqliyyatda fermuar formasında xəstələri daşıyan təcili yardıma yol verən sürücülərin görüntüləri sosial mediada diqqət çəkib.

Demedia.az xəbər verir ki, Yüreğir rayonunun Yaşıl Bulvarda SMA olan uşağı müalicə üçün xəstəxanaya aparan təcili yardım maşını sıx tıxacda qalıb.

Siren səsini eşidən sürücülər fermuar şəklində yol veriblər. Həkim briqadası sürücülərin metrlərlə uzanan tıxacda nizamlı şəkildə yol vermələrini cib telefonlarına çəkib və sosial şəbəkədə Adanaya təşəkkür yazısı ilə paylaşıb. Görüntülər böyük marağa səbəb olub.

Aysun / Demedia.az