Bayden Rusiya ərazisində bəzi ABŞ silahlarının istifadəsinə icazə verib
ABŞ Prezidenti Co Bayden Rusiya ərazisində bəzi Amerika silahlarının Ukrayna tərəfindən istifadəsinə icazə verib.
Demedia.az xəbər verir ki, adı açıqlanmayan iki ABŞ rəsmisi “CNN”ə bildirib ki, Baydenin Ukraynaya ictimaiyyətdən gizli verdiyi silahlardan istifadəyə icazə verilməsi ABŞ-ın Rusiya ilə bağlı siyasəyində qismən dəyişiklik etdiyini ortaya qoyur. Xəbərə görə, Bayden ABŞ silahlarının Rusiya ərazisində istifadəsinə qarşı çıxdığı halda, bu siyasətini qismən dəyişərək Kiyev rəhbərliyinə yalnız Rusiyanın son zamanlar hücumlarını intensivləşdirdiyi Xarkov bölgəsində istifadə edilməsinə icazə verib.
Müvafiq olaraq, Ukrayna ordusu sərhəddəki Xarkov bölgəsində ABŞ istehsalı olan silahlardan istifadə edə biləcək, lakin Rusiyanın daxili bölgələrində və ya başqa yerlərdə istifadə edə bilməyəcək.
Bahadur Seyidov