İsrail Cibaliya bölgəsində 2 tuneli partladıb



 09:15 31.05.2024     272

7 İsrailli məhbusun cəsədinin tapıldığı Cibaliya bölgəsində 2 tunel partladılıb.

Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun sosial media hesabında bildirilib. Açıqlamada deyilir ki, iki tunel ayrı, lakin vahid sistemə bağlı olub. Tuneller dağıdılıb. Qeyd edək ki, İsrail hazırda Qəzza zolağında Fələstin müqavimət qrupları tərəfindən saxlanılan 121 israilli məhbus olduğunu iddia edir. HƏMAS Qəzzada yeni İsrail əsgərlərini əsir götürdüyünü açıqlasa da, İsrail bunu təkzib edib.

Bahadur Seyidov