ABŞ və Böyük Britaniya Sənay hava zərbəsi endiriblər
ABŞ və Böyük Britaniya Yəmənin paytaxtı Sənaya 6 hava zərbəsi endiriblər.
Demedia.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər belə açıqlama veriblər. Husilərin “Əl Məsirə” televiziyasında yayımlanan xəbərə görə, ABŞ və Böyük Britaniya Sənaya hücum edib.
6 hava zərbəsindən 3-ü paytaxtın Sebin rayonuna, 2-si Senhan rayonunun Cerban bölgəsinə, 1-i isə Sana beynəlxalq hava limanı yaxınlığında həyata keçirilib. Xəbərdə hücum və onun nəticələri ilə bağlı ətraflı məlumat verilməyib. ABŞ və Böyük Britaniya tərəfindən hələlik açıqlama verilməyib.
Bahadur Seyidov