Fransada yüzlərlə insan yerli televiziyanın Netanyahu ilə müsahibəsinə etiraz edib



 10:42 31.05.2024     320

Fransada yüzlərlə insan yerli “LCI” televiziyasının İsrailin baş naziri Binyamin Netanyahu ilə müsahibəsinə etiraz edib.

Demedia.az xəbər verir ki, paytaxt Parisdə yüzlərlə fələstinli tərəfdarı kanal binasının qarşısına toplaşarkən, Fransanın “TF1” qrupuna məxsus “LCI” kanalı Netanyahu ilə müsahibəni yayımlayıb. Əksəriyyəti orta məktəb və universitet tələbələri olan nümayişçilər “Netanyahu günahkar, Makron şərikdir” və “İsrail fələstinli uşaqları qətlə yetirir” kimi şüarlar səsləndiriblər.

Fransız kanalının Netanyahu ilə müsahibəsinə reaksiya verən fəallar Fələstin xalqı ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Bahadur Seyidov