"Fənərbaxça" İsmayıl Kartalla yollarını ayırıb



 12:05 31.05.2024     171

Super Liqa nəhəngi "Fənərbaxça" bu mövsüm liqanı 99 xalla 2-ci sırada tamamlayan və mövsümü kuboksuz bağlayan baş məşqçi İsmayıl Kartalla yollarını rəsmən ayırıb.

Demedia.az xəbər verir ki, Yağız Sabuncuoğlunun xəbərinə görə; Sarı-göylülər baş məşqçi İsmayıl Kartalla yollarını rəsmən ayırıb. “Fənərbağça”nın dünya şöhrətli məşqçisi Joze Mourinyo ilə 2 illik müqavilə imzaladığı və rəsmi açıqlamanın tezliklə veriləcəyi bildirilir.