İsrail Rəfahda əməliyyatları genişləndirib



 14:42 31.05.2024     258

İsrail Misir sərhədindəki strateji dəhlizi ələ keçirib.

Demdia.az xəbər verir I, bu xəbərdən sonra Rəfahda qarşıdurmalar daha da şiddətlənib. Münaqişə xəbərləri şəhərin mərkəzi və qərb hissəsindən gəlir.

Qəzzanın cənubundakı Rəfah şəhərində toqquşmalar şiddətlənib. Xəbərlər İsrailin əməliyyatı genişləndirdiyinə işarə edir.

Toqquşmaların intensivləşməsi İsrailin Misir sərhədindəki strateji dəhlizi tamamilə ələ keçirdiyini elan etməsindən sonra baş verib. İsrail Qəzza-Misir sərhədində "Filadelfiya dəhlizi" adlanan 14 kilometrlik bufer zonasının silah qaçaqmalçılığı üçün istifadə edildiyini iddia edir.

Bahadur Seyidov