Ərdoğan: Terrorun qurulmasına imkan verməyəcəyik



 15:09 31.05.2024     295

"Türkiyə separatçı təşkilatın Suriya və İraqın şimalında, cənub sərhədlərindən bir qədər kənarda terror təşkilatı yaratmasına əsla icazə verməyəcək".

Demedia.az xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Digər qonşumuz Suriyada hələ də xaos və qeyri-sabitlik hökm sürür. Separatçı terror təşkilatının Suriya uzantısı olan bir terror təşkilatı yaratmaq məqsədi ilə bölgə xalqına qarşı təzyiq, təhdid və səylərini gücləndirdi. Onlar təşkilata tabe olmayan insanları sürgün etməkdən, öz torpaqlarından xərac verməkdən tutmuş, uşaq əsgərlərdən istifadəyə qədər hər vasitəyə əl atırlar. Məsələnin DEAŞ-la mübarizə deyil, birbaşa ölkəmizi və bölgəmizi hədəf alan məkrli planın addım-addım həyata keçirildiyi anlaşılır”, - deyə o qeyd edib.

Bahadur Seyidov