Ukrayna Rusiya ərazisində müttəfiq ölkələrin silahlardan istifadə edə bilməlidir - Stoltenberq



 15:48 31.05.2024     304

Ukrayna Rusiya ərazisini vurmaq üçün müttəfiq ölkələrin təchiz etdiyi silahlardan istifadə edə bilməlidir.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Çexiyanın paytaxtı Praqada davam edən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi Toplantısı öncəsi mətbuata açıqlama verib. Stoltenberq Rusiyanın Ukraynada yeni cəbhə açdığını xatrıladıb. Müttəfiq ölkələrin Ukraynaya verdiyi silahların Rusiya ərazisinə hücum üçün istifadə oluna biləcəyi ilə bağlı müzakirələrdən danışan Stoltenberq bunun Ukraynanın özünümüdafiə hüququ olduğunu bildirib.

Bahadur Seyidov