Fransada LGBT bayrağını örtən futbolçuya 4 oyunluq cəza verilib
Homoseksuallığı dəstəkləməsi ilə tanınan Fransada homoseksuallıq cəmiyyətin bütün təbəqələrinə tətbiq olunmağa davam edir.
Demedia.az xəbər verir ki, LGBT insanların ön plana çıxdığı sahələrdən biri olan futbol da bundan öz payını alıb. Nəhayət, komandalar Ligue 1 matçlarını LGBT-ni dəstəkləyən gerblə oynadılar. Monakonun malili yarımmüdafiəçisi Mohamed Camara sözügedən gerbi ağ lentlə örtüb. Digər tərəfdən, federasiya LGBT bayrağını örtən müsəlman futbolçuya 4 oyunluq cəza verdiyini açıqlayıb. Monako klubu da açıqlamasında təcrübəli futbolçunu cəzalandıracaqlarını açıqlayıb.