Çin gənclər arasında işsizliyə son qoymağa hazırlaşır



 16:15 03.06.2024     318

Çini  gənclər arasında işsizliyin aradan qaldırılmasını əsas prioritet hesab edilir.

Demedia.az xəbər verir ki, bu barədə Fransız xəbər agentliyi AFP yazıb.

Xəbərdə pandemiyadan sonrakı dövrdə daşınmaz əmlak sektorunda yaşanan böhranla yanaşı, gənclər arasında işsizlik rəqəmlərindəki artımın Pekin administrasiyasını çətin vəziyyətə saldığı şərh edilib.

Çin lideri Si Cinpin bazar ertəsi Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri ilə keçirdiyi görüşdə gənclərin işsizliyi probleminin həllinə prioritet veriləcəyini bildirib.

Xi bildirib ki, gənclərin iş tapa bilməsi üçün bazar yönümlü alternativlər artırılmalı və sosial imkanlar genişləndirilməlidir.

Bu istiqamətdə hansı addımların atılacağı ilə bağlı təfərrüatları bölüşməyən lider əlavə edib ki, gənclər "əsas sektorlarda iş tapmağa və ya qurmağa təşviq edilməlidir".

Bahadur Seyidov