Milyonda bir olan ağcaqanaq hər kəsi təəccübləndirib



 15:21 03.06.2024     260

ABŞ-də Dendrari parkda nadir mavi gözlü ağcaqanad böyük diqqət çəkib.

Demedia.az xəbər verir ki, mavi gözlü ağcaqanadların fotoları paylaşıldıqdan sonra çoxlu insan həmin parka axın edib.

Dendraridə bitkilərin baxımından məsul olan Stefani Adams ötən həftə fotoları paylaşdıqdan sonra təbiətsevərlərin həşəratlara böyük maraq göstərdiyini bildirib.

Mütəxəssislərin “milyonda bir dəfə görüldüyünü” bildirən bu həşərat Çikaqodakı Field Muzeyinə göndərilib. Viskonsin Universitetindən Den Young, ağcaqanadların ümumiyyətlə qırmızı rəngli gözlərə sahib olduğuna diqqət çəkdi.

Alim bəzi ağcaqanadların böyük ehtimalla genetik və ya hormonal fərqlərə görə bu keçidi başa çatdıra bilmədiklərini, buna görə də gözlərinin mavi qaldığını bildirib.

Bahadur Seyidov