Seçkiyə qatılmışdılar – 33 məmur öldü



 11:24 03.06.2024     277

Hindistanda 33 seçki məmuru həddindən artıq isti havalar səbəbindən ölüb.

Demedia.az xəbər verir ki,  Hindistanda təxminən 969 milyon qeydiyyatdan keçmiş seçicinin iştirakı ilə aprelin 19-da başlayan səsvermə prosesində iştirak edən 33 işçi  istilər səbəbindən həlak olub.

Hökumət onların ailələrin 18 min  dollar yardım ayıracaq.

Qeyd edək ki, Hindistan mediası ölkə üzrə ümumilikdə 58 nəfərin həddindən artıq istilərə məruz qalması nəticəsində öldüyünü bildirib.

Bahadur Seyidov