Bu ölkədə hər 3 nəfərdən bir yaxınını narkotikə görə itirir
ABŞ-də hər üç nəfərdən biri yaxınlarını həddindən artıq dozada narkotik qəbulu nəticəsində itirib.
Demedia.az xəbər verir ki, Johns Hopkins Bloomberg Xalq Sağlamlığı Məktəbi tərəfindən aparılan araşdırma çərçivəsində sorğu suallarını cavablandıran iştirakçıların yüzdə 32-si sevdikləri və ya tanıdıqları birinin həddindən artıq dozada narkotikdən öldüyünü bildirib.
Araşdırma çərçivəsində hər il on minlərlə insanın ölümünə səbəb olan opioid böhranının iqtisadi xərcinin hər il 1 trilyon dolları keçdiyi paylaşılıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, ABŞ-da hər il 100 mindən çox insan həddindən artıq dozadan ölür.
Milli Narkotiklərlə Mübarizə İnstitutunun son araşdırmasına görə, təkcə son 10 ildə ABŞ-da 321 mindən çox uşaq həddindən artıq dozaya görə valideynlərinin həyatını itirib.
Bahadur Seyidov