Pakistanda Fələstinə dəstək nümayişi keçirilib



 09:05 03.06.2024     288

Pakistanın Kəraçi şəhərində on minlərlə insan Fələstinə dəstək nümayişi keçirərək, İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Demedia.az xəbər verir ki, havaların isti keçməsinə baxmayaraq, Camaat-i İslami Partiyasının Kəraçidə təşkil etdiyi "Bütün gözlər rifahda" yürüşündə on minlərlə insan iştirak edib. İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində "Qəzzada soyqırımı dayandırın" yazılı plakatlar qaldırıblar.

Nümayişdə iştirak edən Camaat-i İslami Partiyasının Kəraçi sədri Hafiz Naimur Rehman çıxışında ABŞ-ı İsrailə hər cür silah verməklə Rəfahın işğalına icazə verməkdə ittiham edib.

Rehman, "Vaşinqton bir tərəfdən atəşkəs istədiyini iddia edir, digər tərəfdən isə hücumları davam etdirmək üçün İsrailə silah verməyə davam edir" deyə bildirib.

Bahadur Seyidov