Misir, İsrail və ABŞ nümayəndələri arasında görüş keçirilib



 09:48 03.06.2024     296

ABŞ və İsraillə görüşdən sonra Misir, İsrail Qəzza sərhədindən çəkilməsə, Rəfah Sərhəd Qapısını açmamaq mövqeyini saxlayıb.

Demedia.az xəbər verir ki, Qahirə televiziyasının yüksək səviyyəli mənbələrdən əldə etdiyi məlumata görə, paytaxt Qahirədə Misirin ev sahibliyi ilə ABŞ və İsrail nümayəndə heyətləri ilə görüş keçirilib. Misir rəsmiləri, İsrailin Qəzza sərhədindəki Rəfahı işğal etməsindən sonra bağlanan sərhəd qapısının İsrailin sərhəddən çəkilməsi şərti ilə açılmasında israr edib. Xəbərdə Misirin İsrailin Qəzza sərhədindən çəkilməsi ilə bağlı mövqeyinin qəti olduğu vurğulanıb.

Bahadur Seyidov