Parisdə Fələstinə dəstək nümayişi təşkil edilib



 15:43 03.06.2024     284

Fransanın paytaxtı Parisdə on minlərlə fələstinli tərəfdar nümayiş keçirərək, İsraili Qəzzaya hücumlarına son qoymağa çağırıb.

Demedia.az xəbər verir ki, Fələstin tərəfdarları Fransanın bir çox şəhərlərində, o cümlədən Nitsa və Lionda küçələrə axışıb. İsrailin Rəfahdakı qaçqın fələstinlilərin düşərgəsini bombalamasından sonra Parisdə Fələstinə dəstək nümayişləri keçirilir.

Parisin məşhur Respublika meydanına toplaşan on minlərlə fələstinli tərəfdarı şiddətli yağışa baxmayaraq Millət Meydanına doğru addımlayıb. Nümayişçilər İsrailin Qəzzaya hücumlarına son qoyulmasını tələb ediblər.

Bahadur Seyidov