İnsanların 90%-i duzun bu faydasını bilmir! - Video



 09:48 03.06.2024     448

 

Duz çatışmazlığının ən əsas səbəbi duz yeməməkdir.

Duza qarşı həssas olan və ya yüksək təzyiqdən əziyyət çəkən insanların əksəriyyəti duz yeməkdən çəkinir. Duz çatışmazlığı insanların stressə məruz qalmalarından da yarana bilər. 

Fasiləli oruc tətbiq edirsinizsə, yəni günün müəyyən bir hissəsini ac keçirirsizsə, bu zaman ərzində dəniz duzu qəbul etsəniz, daha yaxşı olar. Çünki xloridlər və natrium orqanizmin təməl ehtiyaclarıdır. Gün ərzində 4 fincan kofe içirsinizsə, yarım çay qaşığı duz qəbulu mütləqdir. Kofeinin natriuma ehtiyacı olduğu maraqlıdır, amma reallıqdır. Duz çatışmazlığının yaranmasına mane olmağın başqa bir yolu da bol-bol su içməkdir. Amma burada izah olunmalı bir məqam vardır. Həddən artıq su içəndə natrium xloridlər orqanizmdən xaric edilir. Qəribə səslənsə də, çox su içməkdən ölənlər var. Tibbi termin hiponatremiyadır. Hiponatremiya ilə üzləşməmək üçün suyu yalnız susadığınızda için. Gedib-gəlib su içmək vərdişiniz varsa, suya azacıq dəniz duzu əlavə edin.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az