ÖLÜMCÜL PİYLƏNMƏ nədir? - Video



 09:52 03.06.2024     436

 

Piylənmənin olduqca çoxlu səbəbi var. Hələ də araşdırılır və yeni amillər aşkarlanır.

Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır. - Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır? - Keçən əsrin 90-cı illərində dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə olması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu bütün dünyada sübut olunub və Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az